Kərkükdən neft ixracı yenidən başladı

Kərkükdə baş verən böhranlara görə bir ildən bəri dayandırılan neft ixracı yenidən Türkiyə üzrərindən başlayıb.

1089409
Kərkükdən neft ixracı yenidən başladı

Kərkükdə baş verən böhranlara görə bir ildən bəri dayandırılan neft ixracı yenidən Türkiyə üzrərindən başlayıb.

İraqın Neft Nazirliyi sözçüsü Asım Cihad “Anadolu” xəbər agentiliyinə açıqlamasında bildirib ki, gündəlik təqribən 50-100 min barrel neft Kərkükdən Ceyhan linanına ixrac edilməyə başlandı.

Cihad neft ixracının İraq Kürd Regional İdarədəki (İKRİ) neft boru kəməri və İraq milli Neft Şirkəti vasitəsilə edildiyini söyləyib.

İKRİ-yə bağlı Peşmergə qüvvələri 2014-cü ilin iyun ayında Kərkükü terror təşkilatı DEAŞ-ın hücumlarından qorumaq məqsədilə İraq ordusunun boşaltdığı bölgələrdə yerləşdi.

Kərkük və neft yataqları təqribən 3 il müddətində İKRİ-nin nəzarətində qaldı. İKRİ-nin 25 sentyabr 2017-ci il tarixində qeyri-qanuni müstəqillik referendumundan sonra İraq mərkəzi hökumətinə bağlı ortaq qüvvələr Kərkük və digər münaqişəli bölgələrə əməliyyat təşkil etdi.

Mərkəzi hökumət Kərkük və digər münaqişəli bölgələrə nəzarəti ələ keçirdiktən sonra İKRİ boru kəmərilə Ceyhan limanına göndərilən Kərkükün xam neft ixracını da təxirə saldı.



Әlaqәli Xәbәrlәr