Özəl kommersiya mexanizmi nədir?

Avstriya Amerika Birləşmiş Ştatlarının İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq məqsədilə Avropa İttifaqının həyata keçirmək istədiyi "özəl kommersiya mexanizmi"nə ev sahibliyi etməyə hazır olmadığını bildirib.

1087890
Özəl kommersiya mexanizmi nədir?

  Avstriya Xarici İşlər Nazirliyinin sözcüsü Piter Quşebauer (Piter Guschelbauer) Avstriya İnformasiya Agentliyi APA-ya verdiyi məlumatda söyləyib: “Sözügedən xüsusi kommersiya mexanizmində çoxlu qeyri-müəyyənlik var. Buna görə özəl kommersiya mexanizminə ev sahibliyi etməyə hazır deyilik. Amma Avstriya prinsip olaraq mexanizmi dəstəkləyir.”

  Özəl kommersiya mexanizmi nədir? Bu mexanizm ABŞ-ın sanksiyalarını aradan qaldırmaq üçün şirkətlərin Aİ qanunlarına uyğun olaraq İranla ticarətini təmin edəcək bir sistem olaraq yaradılıb. Məsələn, bir Avropa şirkəti İrandan təbii qaz və ya neft aldığı zaman xərcini qurulan xüsusi məqsədli mexanizmə göndərməsi və bu mexanizmin maliyyə əməliyyatından keçdikdən sonra İranla ticarət imkanının təmin edilməsi mümkün olur. Beləliklə, mexanizm ABŞ sanksiyalarına əməl etmək məcburiyyətində olan kommersiya bankları və mərkəzi bankları sistemin kənarında qoyaraq ödəmə prosedurunu sanksiyalardan uzaq tutmağı qarşısına məqsəd qoyur.

  Mexanizm üçün qarşıya çıxan digər variant mübadilə sistemidir. Bu sistemdə pul tərəflər arasında əl dəyişmədən mexanizm üzərindən İran və Avropa məhsullarının mübadilə edilməsini nəzərdə tutur.

  Digər tərəfdən, mexanizm çərçivəsində, qlobal iqtisadiyyatda dollar başqa qarşıya çıxan avro və funt-sterlinq kimi pul vahidlərindən istifadə edilməsi gözlənilir.

  Mexanizm İran nüvə razılaşmasına tərəfdar olmayan və İranla ticarət etmək istəyən üçüncü ölkələrə də açıq olması planlaşdırır.



Әlaqәli Xәbәrlәr