“İrana tətbiq edilən sanksiyalar Türkiyəyə şamil olunmayacaq”, M.Pompeo

ABŞ-ın Dövlət katibi Mayk Pompeo İrana tətbiq edilən sanksiyaların Türkiyəyə şamil olunmayacağını söyləyib.

1082006
“İrana tətbiq edilən sanksiyalar Türkiyəyə şamil olunmayacaq”, M.Pompeo

ABŞ-ın Dövlət katibi Mayk Pompeo İrana tətbiq edilən sanksiyaların Türkiyəyə şamil olunmayacağını söyləyib.

Mayk Pompeo ilə Xəzinə naziri Steven Mnuchin İrana tətbiq edilən sanksiyalara dair açıqlama verdilər.

ABŞ-ın neft idxalı mövzusunda sanksiyanın şamil olunmayacağı ölkələr Çin, Hindistan, Cənubi Koreya, Türkiyə,İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır.

Pompeo İranla yeni müqavilə bağlamağa ümidlərinin olduğunu da bildirib.

ABŞ 50 İran bankı və 700-dən artıq İranlını sanksiya siyahısına daxil edib. ABŞ İran Hava Yolları və 65 təyyarəni də siyahıya daşil etdiyini bildirib.

ABŞ Xəzinə naziri Mnuchin də “İranlı səlahayyətlilər terrora dəstəyi dayandırmalıdır” deyib.

ABŞ neft idxalı mövzusunda sanksiyanı 8 ölkəyə 6 müddətində şamil etməyəcək.  Həmin ölkələr bu müddət ərzində İranla neft ticarətlərini ən aşağı səviyyəyə endirməyə cəhd göstərəcəklər.

Altı ay sonra vəziyyət yenidən gözdən keçiriləcək.



Әlaqәli Xәbәrlәr