İran neftini Rusiya vasitəsiləmi satacaq?

İranın neft naziri Bijen Zengene ölkəsinin Rusiya vasitəsilə neft satacağına dair iddiaları təkzib etdi.

1078980
İran neftini Rusiya vasitəsiləmi satacaq?

İranın neft naziri Bijen Zengene ölkəsinin Rusiya vasitəsilə neft satacağına dair iddiaları təkzib etdi.

Nazirlər Şurasının yığıncağından sonra mətbuata açıqlama verən nazir Tehran Enerji birjasında indiyədək 280 barrel neft satışının reallaşdığını bildirib.

Bir sıra mənbələr Rusiyanın İranla ABŞ-ın sanksiya qərarlarını pozmaq üçün gizli müqavilə bağladığını irəli sürmüşdü.

Həmin müqaviləyə görə, İran neftini Xəzər dənizindəki Rusiyanın neftayırma zavodlarına daşıyacaq, sonra da bu nefti beynəlxalq bazarda Rusiyaya məxsus neft kimi satacaqdı.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də nüvə proqramına dair sazişdən çıxdığını elan etdi və İranın ABŞ dolları əldə etməsini, dövlət istiqraz vərəqəsi satmasını, qızıl və digər qiymətli mədənlər ilə polad, alüminium, kömür kimi mədənlərlə ticarət etməsini və sərnişin təyyarəsi yaxud ehtiyat hissələrinin idxalına mane olan sanksiya paketini avqustun 7-də rəsmi olaraq qüvvəyə mindirdi.

ABŞ-ın İrana qarşı ikinci sanksiya tədbirləri 180 günlük müddətin başa çatmasından sonra noyabrın 5-də qüvvəyə minəcək.



Әlaqәli Xәbәrlәr