"Star Rafinerisi" Türkiyənin ilk özəl sənaye zonası elan edildi

Türkiyənin İzmir rayonunun Əliağa bölgəsində açılan Star Neftayırma Zavodu (Star Rafinerisi) “Resmi Gazete”də dərc olunan qərarla Türkiyənin ilk özəl sənaye zonası elan edildi.

1072352
"Star Rafinerisi" Türkiyənin ilk özəl sənaye zonası elan edildi

  Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank yazılı məlumat verərək bildirib:

  “Star Neftayırma Zavodu Türkiyədə ən böyük real özəl sektor sərmayəsidir.  

  Neft-kimya sahəsindəki investisiyalar yüksək dəyərli istehsal, məşğulluq imkanları və ödənişlər tarazlığı baxımından son dərəcə əhəmiyyətlidir.

  Star Neftayırma Zavodunda dizel, təyyarə yanacağı, nafta, LPG və digər neft məhsulları istehsal ediləcək. Beləliklə, xaricdən asılılıq ildə 1,5 milyard dollar azalacaq.

  Ölkəmizin iqtisadiyyatı qlobal dəyər zəncirlərinə əlavə olunmaqla, ARDNŞ Qrupu – SOCAR kimi beynəlxalq oyunçularla qurulan əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi sayəsində daha yüksək səviyyələrə qalxacaq. Türkiyəyə xeyirli olsun".

  Qeyd nedək ki, oktyabrın19-da İzmirin Əliağa bölgəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Star Neftayırma Zavodu açıldı. Mövcud və yeni investisiyalarda bütün prosesləri Türkiyə Sənaye və Texnologiya Nazirliyi təqib edəcək.



Әlaqәli Xәbәrlәr