Avropada 5 həftədə 5 hava yolu şirkəti iflasa uğradı

"Azur Air" (Almaniya), "Small Planet" (Almaniya), "VLM" (Belçika) və "Skywork Airlines" (İsveçrə) hava yollarından sonra indi də Danimarka-Latviya mənşəli "Primera Air" iflasa uğradı.

1064153

2003-ci ildə qurulmuş olan “Primera Air”in doqquz təyyarəsi vardı və ən son Şimali Amerikaya uçuşlar həyata keçirirdi.

Sentyabr ayının sonunda rəsmi olaraq iflasını açıqlayan “Azur Air”in ən son olaraq yalnız tək bir “Boeing 737” təyyarəsi ilə fəaliyyət göstərdiyi məlum olub.

“Azur Air” qısa bir müddət əvvəl iflas edən “Small Planet” Almaniya şirkətinin isə dörd “Airbus A320” və iki “Airbus A321”i vardı. Belçikalı “VLM”-dən isə yeganə təyyarə uçur.

Avqust ayının sonunda fəaliyyətlərinə son qoyan Belçikalı “VLM Airlines” bütün təyyarələrindən imtina edərək yalnız bir ədəd “Fokker 50”-ni saxlayıb. Ancaq şirkət iflasdan sonra tək qalan o təyyarəni də uçurmayıb.

Regional uçuşlar reallaşdıran İsveçrəli “Skywork Airlines” yenə avqustun sonuna doğru fəaliyyətlərinə son qoydu. Cəmi 11 min sərnişin bu qərardan zərər çəkdi.

Әlaqәli Xәbәrlәr