"Avropa ABŞ-la ticarət müharibəsindən qaçmaq üçün bunu etməlidir", P.Altmayer

Avstriyanın İnnsbruk şəhərində keçirilən Qeyri-Rəsmi Ticarət Nazirləri Toplantısında iştirak və çıxış edən P.Altmayer deyib...

1063244
"Avropa ABŞ-la ticarət müharibəsindən qaçmaq üçün bunu etməlidir", P.Altmayer

  Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmayer Avropa İttifaqının (Aİ) Amerika Birləşmiş Ştatları ilə ticarət müharibəsindən qaçmaq üçün razılaşılan tədbirlərin icrasına diqqət ayırmağın lazım olduğunu bildirib.

  Avstriyanın İnnsbruk şəhərində keçirilən Qeyri-Rəsmi Ticarət Nazirləri Toplantısında iştirak və çıxış edən P.Altmayer deyib:

  “Aİ və ABŞ arasında ticarət münaqişələrinin sürətli bir müqavilə ilə nəticələnməsinə ümid edirik. Qlobal azad ticarət artan təzyiq altındadır. Bu repressiya ölkələrin rifahına zərər verə bilər. Təbii ki, Avropa İttifaqı öz maraqlarını müdafiə etməlidir. Artıq danışıqlarda irəliləyiş nəzərə çarpır.  

  Avropa Komissiyasının sədri Jan Klod Yunker (Jean-Claude Juncker) və ABŞ prezidenti Donald Trampın birgə bəyanatını sürətlə həyata keçirmək üçün çalışırıq. Hədəf tarif və ticarət məhdudiyyətlərini artırmaq yox, azaltmaq olmalıdır.  

  Aİ ilə Yaponiya arasında da azad ticarət sazişi imzalandı. Yaxında Sinqapurla belə bir müqavilə imzalanacaq. Vyetnamla sözügedən müqavilə ilə bağlı müzakirələr artıq tamamlandı. Avstraliya və Yeni Zelandiya ilə azad ticarət müqaviləsi müzakirələri isə davam edir.

  Dünya Ticarət Təşkilatının modernləşdirilməsi də müzakirə olunacaq. Məqsədimiz qlobal azad ticarət qaydalarını qorumaq və gücləndirməkdir.”



Әlaqәli Xәbәrlәr