İran Suriyada istilik elektirik stansiyası tikəcək

İranın Enerji naziri Rza Erdekaniyan Suriya ilə bu ölkənin Lazkiyə şəhərində 540 meqavatt gücündə istilik elektirik stansiyası qurulmasına dair saziş imzaladıqlarını bildirdi.

1061434
İran Suriyada istilik elektirik stansiyası tikəcək

İranın Enerji naziri Rza Erdekaniyan Suriya ilə bu ölkənin Lazkiyə şəhərində 540 meqavat gücündə istilik elektirik stansiyası qurulmasına dair saziş imzaladıqlarını bildirdi.

İranın “ILNA” xəbər agentiliyinə bəyanat verən Erdekaniyan qeyd edib ki, Lazkiyə şəhərində 411 milyon avro qiyməti olan sərmayə qoyuluşu ilə 540 meqavat gücündə istilik elektirik stansiyası qurulmasını nəzərdə tutan sazişi imzaladıq. Sazişə İran tərəfdən Elektirik istehsal qurumunun baş direktoru Mahmud ramazan ilə mühindislik şirkəti “Mapna Grup”un baş direktoru Abbas Əli Abadi, Suriya tərəfdən isə Elektirik naziri Məhəmməd Zuheyr Harputli imzaladı.

Mərkəzi İranda yerləşən “Mapna Grup”un Suriyada indiyədək 900 meqavat gücündə istilik elektirik stansiyası tikdiyini dilgə gətirən Erdekaniyan yaxın gələcəkdə Hələb şəhərində 125 meqavat gücündə istilik elektirik stansiyasının xidmət fəaliyyətə başlayacağını söyləyib.

Erdekaniyan külək enerjisilə işləyən 50 meqavatt gücündəki elektirik stansiyasının tikilməsinə dair görüşlərin isə davam etdiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr