İranın neftinə tətbiq olunan sanksiyaların iqtisadiyyata ciddi təsiri olacaq

Cənubi Koreya ölkə iqtisadiyyatının neft idxalına əsaslandığını bildirərək, İranın neftinə tətbiq olunan sanksiyaların iqtisadiyyata ciddi təsirinin olacağını bildirdi.

1057229

Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Xarici İşlər nazirinin müavini Yun Kanq-hyeo ABŞ Dövlət katibinin müavini Francis Fannon ilə Nyu-Yorkda keçirdiyi görüşdə ölkəsinin İrana qarşı sanksiyalardan azad olunmasına dair istəyini bir daha dilə gətirib.

Nazir müavini bildirib ki, Cənubi Koreyanın İrandan neft və mayeləşdirilmiş qaz (LNG) idxalına ehtiyacı var. Bununla yanaşı Seul-Tehran arasındakı maliyyə sistemindən istifadə etmək vacibdir.

Yun mümkün olan ən yaxın zamanda Cənubi Koreyanın sanksiyalardan azad olunmasının vacibliyini vurğulayıb.

ABŞ Dövlət katibinin müavini Francis Fannon isə bunun qarşısında Seula sanksiyalardan azad olunması haqqının tanınması halında bunun xeyrinin xeyli məhdud olacağını deyib: "rəsmi Vaşinqton Cənubi Koreyanın “xüsusi vəziyyətini” müzakirə edəcəkdir.

Həmin mövzuyla bağlı müzakirələr sabah da davam edəcək.

Әlaqәli Xәbәrlәr