İran Mərkəzi Bankı yeni valyuta planı açıqlayıb

İran Mərkəzi Bankı ölkədə valyuta məzənnəsi ilə əlaqəli problemlərin artmasının qarşısını almaq üçün yeni valyuta planı açıqlayıb. Plana görə valyuta qadağaları qismən ləğv ediləcək.

1027234
İran Mərkəzi Bankı yeni valyuta planı açıqlayıb

Türkiyə kimi qonşu ölkələrə səyahət edən İranlılara 500, uzaq ölkələrə 1000 avro ucuz valyuta satan Mərkəzi Bank bu tətbiqə də son qoyub.

Mərkəzi Bankın sədrinin məlumatına görə, bundan sonra valyuta qiymətlərinin müəyyənləşdirilməsinə müdaxilə edilməyəcək, qiymətlər tələb və təklif tərəfindən müəyyən olunacaq. Bank, bazarda həddindən artıq dalğalanmaların və "qara bazar"ın yaranmasının qarşısının alınması üçün nəzarət edəcək.

 



Әlaqәli Xәbәrlәr