Avropa İttifaqı Türkiyədəki suriyalı miqrantlar üçün maliyyə yardımı verilməsini təsdiqlədi

Avropa İttifaqı (Aİ) Türkiyədəki suriyalı miqrantlar üçün 3 milyard avroluq ikinci maliyyə yardımın verilməsi barədə qərar qəbul etdi.

1002177

Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər sammitində dünən axşam İtalyanın qərarları bloklaşdırmasına görə  nəticələrdə razılaşa bilməyən liderlər səhər yaydıqları yekun bəyannamədə Aİ Afrika fonduna da 500 milyon avro vermə qərarına yetişdiklərini bildirdi.

İtaliya Türkiyəyə suriyalı miqrantlar üçün 3 milyard avroluq ikinci maliyyə yardımın verilməsilə əlaqəli bloklaşdırmanı götürmək üçün Aİ Afrika fonduna əlavə yardımı şərt kimi irəli sürürdü.

Qeyd edək ki, dünən axşam İtaliya Aİ Liderlər sammitində qəbul olunacaq bütün qərarları bloklaşdıraraq, 28 üzv ölkənin birgə yekun bəyannaməsinə “müvəqqəti” olaraq mane oldu.

Әlaqәli Xәbәrlәr