“Türk Axını"nın ikinci kəmərinin tikintisinə başlanıldı

“Türk Axını” Qaz Boru Kəməri Layihəsinin dərin sulardakı qismində döşəmə vəzifəsini yerinə yetirən “Pioneering Spirit” gəmisi ikinci kəmərin tikintisinə iyunun 26-da başladı.

1000355
“Türk Axını"nın ikinci kəmərinin tikintisinə başlanıldı

   20 iyunda Qaradənizə giriş edən “Pioneering Spirit” gəmisi boru döşəmə avadanlığının yoxlanılması kimi hazırlıq işlərindən sonra layihənin ikinci xəttinin tikintisinə başlayıb. Bu gəmi tərəfindən Rusiya-Türkiyə Məhdudlaşdırılmış İqtisadi Rayonları sərhədinə qədər keçən ikinci xəttin Qaradənizdə 2170 metr dərinlikdən suyun üzünə çıxarılmasını nəzərdə tutan boru döşəmə işləri artıq davam edir.

  Xatırladaq ki, ikinci xəttin ilk 224 kilometrlik qismi ötən il inşa edilib. Birinci xətt isə 2018-ci ilin aprelində tamamlanaraq Kıyıköy sahilinə qədər çatıb. İki kəmərin tikintisində bütövlükdə 1161 kilometr olacaq qaz boru xəttinin 62 faizi tamamlanıb. “Türk Axını”nın ikinci xətti Frakiyanın Kıyıköy sahilinə qədər gedəcək.  

  Qeyd edək ki, Rusiya qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya daşıyacaq olan “Türk Axını” qaz boru kəməri hər biri illik 15,75 milyard kubmetr həcmə malik iki xətdən ibarətdir.



Әlaqәli Xәbәrlәr