Türkiyənin ixracında artım qeydə alınıb

Bu barәdә Türkiyə İxracatçılar Mәclisinin  may  ayına aid ixrac  statistikasında bildirilib.

983787
Türkiyənin ixracında artım qeydə alınıb

Türkiyənin ixrac həcmi ötən ilin eyni dövrü ilә  müqayisədə 12% artıb.

Bu barәdә Türkiyə İxracatçılar Mәclisinin  may  ayına aid ixrac statistikasında bildirilib.

Hesabata görə, may ayında  ixrac həcmi  keçən ilin müvafiq dövrü ilә müqayisәdә  12.2 % artaraq 13 milyard 956  milyon dollar olub.

İxrac hәcmini qiymәtlәndirәn İqtisadiyyat naziri Nihat Zeybekci bildirib: ‘‘Türkiyə İxracatçılar Mәclisinin may ayına aid ixrac statistikasına әsasәn ixrac hәcmi 12.2% artıb. Söz verdiyimiz kimi bu artımı davam etdirәcәyik’’.



Әlaqәli Xәbәrlәr