"Moody's": 2019-cu ildə neftin qiyməti 45-65 dollar olacaq
"Neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır".
"Neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır".
“Bunu bu gün Azərbaycanın paytaxtı Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq kredit agentliyinin vitse-prezidenti Denis Perevezentsev deyib.
“Neft bazarı tarazlığa doğru hərəkət edəcək, lakin tələb və təklif balansı qeyri-sabit olaraq qalır. ABŞ-da şist neftinin istehsalı və “OPEC +” razılaşması bazara təsir edən əsas amillərdən sayılır. Buna baxmayaraq neft bazarı sabit qalmaqdadır", - deyə D. Perevezentsev vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya, "OPEC+" ölkələrinin xeyrinə olacaq.
"Moody's"in mütəxəssislərinin proqnozlarına görə, 2019-cu ildə neftin bir barelinin qiyməti 45-65 dollar olacaq.
Mənbə: APA
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.