Rusiyanın silah ixracatı artır

Sanksiyalara baxmayaraq Rusiyanın silah ixracatı 2017-ci ildə 2016-cı ilə müqayisədə 2,3 faiz artaraq 13,4 milyard dollara çatıb. Bunu, Rusiya hərbi texnologiya şirkəti Rostehin direktoru Sergey Çemezov deyib.

973765
Rusiyanın silah ixracatı artır

Sergey Çemezov, Rusiya Dövlət Başçısı Vladimir Putin ilə Soçidə bir araya gəlib. Çemezov danışıq zamanı bildirib ki, Rostehin əldə etdiyi gəlir, 2017-ci ildə 38% artaraq 2 milyard dollar olub.

Rosteh şirkətinin 11-i hərbi texnologiya sənayesi ilə əlaqəli olmaqla 15 holdinq və bu Holdinqlərin tərkibində 700 firma ilə fəaliyyətlərinin davam etdiyini ifadə edən Çemezov, şirkətin silah ixtacatında böyük nisbətdə artım qeydə alındığını vurğulayıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, dünya silah ixracatının 20% reallaşdıran Rusiya, 2017-ci ildə ən çox silah ixrac edən ölkələr reytinqində ikinci sırada yer tutub. Birinci sırada isə ABŞ qərarlaşıb.



Әlaqәli Xәbәrlәr