“Apple”in bazar dəyəri öz tarixində ən yüksək həddə qalxdı

Amerika Birləşmiş Ştatlarının bazar dəyərli ən yüksək şirkəti olan texnologiya nəhəngi “Apple”in səhmləri 3 əməliyyat günü fasiləsindən sonra yenidən rekord qırıb.

968490
“Apple”in bazar dəyəri öz tarixində ən yüksək həddə qalxdı

  Nyu-York bazarında “Apple”in səhm başına düşən dəyəri 10 mayda 187,36 dollarla bağlanıb, bir gün sonra 1,6 faiz artaraq 190,37 dollara qədər yüksəlib və bununla şirkət öz tarixində ən yüksək səviyyəyə çıxıb.

  Bundan başqa, “Apple”in bazar qiyməti də 11 mayda 959 milyard dollara qədər qalxıb, şirkətin dəyəri 1 trilyon bəndinə yaxınlaşıb.

  Mütəxəssislər Nyu-York birjasında investorların texnologiya şirkətlərinə olan tələbatının artdığına işarə edərək “Apple”in bazar dəyərinin qarşıdakı həftələrdə 1 trilyon dolları keçəcəyinin də gözlənildiyini proqnozlaşdırıb.



Әlaqәli Xәbәrlәr