Türkiyəyə gələn turist sayında rekord artım

Mədəniyyət və Turizm naziri  Numan Kurtulmuş Türkiyəyə ilin ilk üç ayında 5 milyon 138 min turist gəldiyini bildirərək, bunun rekord bir olduğunu söylədi.

959927
Türkiyəyə gələn turist sayında rekord artım

Mədəniyyət və Turizm naziri  Numan Kurtulmuş Türkiyəyə ilin ilk üç ayında 5 milyon 138 min turist gəldiyini bildirərək, bunun bir rekord olduğunu söylədi.

Turizmin sadəcə Türkiyə üçün deyil, bütün dünya üçün önəmli sektör olduğunu vurğulayan nazir deyib: “Turizm Türkiyənin strateji sektorlarından biridir Bu iş qolunun 2017-ci il rəqəmlərilə 32 milyard dollarlıq potensiyala çıxdığını düşünsək, bu ildən tutmuş turizm sektoru təxminən tək başına Türkiyənin büdcə kəsirini ödəcəyək gücə çatacaq. Keçən il bu sahədəki gəlirimiz 26 milyard dollardan artıq, bu il isə bu miqdar 32 milyard dollara çıxacaq. Türkiyənin hədəfi 40 milyon turistdir, 2023-cü ildə 50 milyon turist, 50 milyard dollar turizm gəliridir. Cari il Rusiyadan gələn turist sayının 5 milyona çatacağı məlumumuzdur. Almaniyadan gələn turist sayının isə 4 milyona yaxın olacağını güman edirik".



Әlaqәli Xәbәrlәr