Türkiyə 2017-ci ildə dünyanın ən çox inkişaf edən ölkəsi oldu

Türkiyənin Baş naziri və Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) Baş katibi Binəlı Yıldırım İzmirdə “Nəfəs Krediti”nin təqdimat mərasimində çıxış edərək deyib.

941629
Türkiyə 2017-ci ildə dünyanın ən çox inkişaf edən ölkəsi oldu

  Türkiyənin Baş naziri və Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) Baş katibi Binəlı Yıldırım İzmirdə “Nəfəs Krediti”nin təqdimat mərasimində çıxış edərək deyib: "Türkiyə iqtisadiyyatı daim böyüməyə doğru gedəcək, bunu buradan bir daha elan edirəm. Türkiyənin inkişafından narahat olanlar iqtisadiyyat üzərində qəsdən mənfi görüntü yaratmaq istəyirlər. İnkişafın 7,4 faizlik arxa planı var. Bir çox tədbir görmüşük. Çünki 2017-ci ilin çətin keçəcəyini bilirdik. İqtisadiyyat üzərində mütəəssir ritorikalar içində olanların hamısı tanış səslər, tanış üzlərdir. Şərtlərimizin çox asan olmadığını bilirik. Amma Türkiyə iqtisadiyyatı daim böyüməyə davam edəcək. "Türkiyə bitdi” deyənlər məhv oldu.

  B.Yıldırım 2018-ci il iqtisadi planlarının isə gələn həftə açıqlanacağını söyləyib.  



Әlaqәli Xәbәrlәr