Antalyaya gələn turist sayında artım oldu

Antalyaya gələn turist sayının artımında ən önəmli göstərici hava yolu ilə ölkə xaricindən gələn sərnişin sayıdır.

940055
Antalyaya gələn turist sayında artım oldu
antalya.jpg
antalya kemer.jpg
aspendos.jpg

Antalyaya gələn turist sayının artımında ən önəmli göstərici hava yolu ilə ölkə xaricindən gələn sərnişin sayıdır. 

Beləki, bu ayın 28 günündə keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin sayında 52 faiz artım qeydə alınıb.

Antalya Hava Limanından bununla bağlı verilən məlumata görə, 1-28 mart tarixlərində Antalya Hava Limanına ölkə xaricindən 226 min 366 sərnişin gəlib. Bugünlərdə gələn sərnişin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artıb.

Qeyd edək ki, Antalyaya 1-28 martda hava yolu ilə 149 min 158 sərnişin gəlib.

Bu il 1 yanvar-28 martda şəhərdə hava yolu ilə ölkədən xaricindən 434 min 383 sərnişin qonaq olub. 2017-ci ilin müvafiq dövründə isə bu rəqəm 321 min 80 nəfər səviyyəsində reallaşıb.


Etiketlәr: #Antalya , #turist

Әlaqәli Xәbәrlәr