Türkiyə Serbiyaya 400 milyon dollarlıq kredit ayırdı

Paytaxt Belqradda mayın 20-də Türkiyənin Baş nazir müavini Fikri İşıkla görüşündən sonra açıqlama verən R.Ljacic deyib...

934484
Türkiyə Serbiyaya 400 milyon dollarlıq kredit ayırdı

  Türkiyə Serbiyaya infrastruktur layihələri üçün 400 milyon dollarlıq kredit ayırıb.

  Serbiya Ticarət naziri Rasim Ljacic ölkədə “Türk Eximbank”ın müxtəlif infrastruktur layihələr üçün 400 milyon dollarlıq kredit ayrılması ilə bağlı razılıq əldə vedildiyini söyləyib.

  Belqradda dünən (20.III.2018) Türkiyənin Baş nazir müavini Fikri İşıkla görüşündən sonra açıqlama verən R.Ljacic deyib: “Hal-hazırda bu maliyyədən istifadə şərtlərinin ayrıntılarını müzakirə edirik. Ümid edirəm ki, bunlar bizim üçün də uyğun şərtlər olacaq".

  F.İşık da öz növbəsində Türkiyə şirkətlərinin Serbiya və Bosniyada regionun böyük infrastruktur layihələrində iştirak edəcəyini söyləyib.

  Qeyd edək ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ötən ilin oktyabrında Serbiyaya səfərində bu ölkəyə yardım və dəstək vədi verib.



Әlaqәli Xәbәrlәr