"Türk Hava Yolları" ilə 2017-ci ildə Azərbaycandan 300 mindən çox sərnişin daşınıb

"Türk Hava Yolları" Azərbaycanın digər bölgələrinə də uçuşlara başlayacaq".

920445
"Türk Hava Yolları" ilə 2017-ci ildə Azərbaycandan 300 mindən çox sərnişin daşınıb

Bunu "Türk Hava Yolları"nın Bakı ofisinin rəhbəri Seyfullah İlyas bildirib.

S.İlyasın sözlərinə görə, ümumilikdə "Türk Hava Yolları" ilə ötən il ərzində daşınan sərnişin sayı 60 milyona çatıb.

"Bu il qarşımıza qoyduğumuz məqsəd bu rəqəmi 75 milyona çatdırmaqdır. Bu il Rusiyanın Krasnoyarsk şəhərinə və Afrikanın Komor adalarına uçuşlarımız başlayacaq",- deyə S.İlyas əlavə edib.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türk Hava Yolları" ilə hazırda Azərbaycandan Türkiyəyə gündə 4 aviareys həyata keçirildiyini, lakin gələcəkdə bu sayı artırmaq niyyətində olduqlarını əlavə edib: "10 il əvvəl hər gün cəmi 1 aviareys həyata keçirilirdi. İndi isə artıq sərnişin sayı 300 mini ötüb. "Türk Hava Yolları" Azərbaycanın digər bölgələrinə də uçuşlara başlayacaq".

 

Mənbə: APA



Әlaqәli Xәbәrlәr