İngilis turistlərin seçimi yenə Didim oldu

Əgə bölgəsində xüsusilə ingilis turistlərin diqqət mərkəzində olan Aydın vilayətinin Didim qəsəbəsindəki otəllər İngiltərədən gələn rezervasiyaya görə yeni sezon üçün 50 faiz doldu.

879531

Didim Turizm Dərnəyinin sədri Tayyar Cingiz iqlimi, uzun sahili, tarixi şəhərləri və fəal ictimai həyatına görə illərdən bəridir ingilis turistlərin diqqətində olan qəsəbənin yeni ildə ümidlərini artırdığını söyləyib.

Qəsəbədə son iki ildir turist sayında azalma müşahidə olunduğunu, Didimə gələn ingilislərin isə İspaniyadakı turizm mərkəzlərinə üstünlük verdiklərini deyən Cingiz bildirib ki,  səyahət agentliklərindən əldə etdiyimiz məlumata görə ingilislər üçün İspaniya ürək açan olmayıb. Çünki istədiklərini bu ölkədə tapa bilməyiblər. Türkiyədəki xidməti və keyfiyyəti başqa ölkələrdə tapmaq imkanı yoxdur. 2018-ci il üçün rezervasiyalar da bunu sübuta yetirir.

Әlaqәli Xәbәrlәr