Antalya gələn rus turist sayı rekord həddə çatdı

Antalyaya cari il ərzində 4 milyon turist gəldi. Bununla da yeni rekord vuruldu.

862316
Antalya gələn rus turist sayı rekord həddə çatdı

Antalyaya cari il ərzində 4 milyon turist gəldi. Bununla da yeni rekord vuruldu.

Rusiya Tur Agentlikləri Birliyi (ATOR) yanvar-noyabr ayları arasında 4.2 milyon rus turistin tətil üçün Antaliyaya gəldiyini açıqladı.

Antalya hava limanına 3.7 milyon rus turistin eniş etdiyi, 500 min rus turist də Alanya hava limanından istifadə edib.

Şəhərə 2014-cü ildə 3 milyon 478 min Rusiya vətəndaşı gəlib.

“ATOR”un məlumatına əsasən, Rusiya 38.4 faiz ilə həmin dövrdə Antalyaya ən çox turist göndərən ölkə olub.

Antalyaya gələn turistlər arasında 16.8 faiz ilə Almaniya ikinci, 7.4 faiz ilə Ukrayna isə üçüncü yeri tutur.


Etiketlәr: #rus turist , #Antalya , #tətil

Әlaqәli Xәbәrlәr