"Siz heç kimə fikir verməyin, yolunuza davam edin", B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkənin hər sahədə inkişafa davam etdiyini söylədi.

817504
"Siz heç kimə fikir verməyin, yolunuza davam edin", B.Yıldırım

   Kocaeli şəhərində iş dünyası və qeyri-hökumət təşkilatları nümayəndələri ilə bir araya gəldiyi yığıncaqda B.Yıldırım deyib:

  "Türkiyə iqtisadiyyatının, istihdamının, ixracatının, ticarətinin əhəmiyyətli bir hissəsini təşkil edən Kocaeli ölkənin göz bəbəyidir.

  Beynəlxalq Valyuta Fondu BVF-nin son araşdırmasına əsasən, Türkiyə satınalma gücünə görə dünyada 13-cü böyük iqtisadiyyatdır. Avropada 6-cı idik, 5-ə yüksəldik. Türkiyə hər baxımdan böyüyür, inkişaf edir. Siz mənəviyyatı pozanlara, fəlakət dəllalığı edənlərə fikir verməyin, işinizə davam edin, daha çox çalışın. Nə qədər çox insan işlə təmin olunarsa, ölkəmiz o qədər problemlərdən uzaq olar."



Әlaqәli Xәbәrlәr