BOTAŞ-la "Gatargas" şirkətləri arasında müqavilə imzalandı

“Gatargas” tərəfindən verilən yazılı açıqlamaya görə, şirkət müqavilə çərçivəsində Türkiyəyə 3 il ərzində ildə 1,5 milyon ton LNG göndərəcək.

810748
BOTAŞ-la "Gatargas" şirkətləri arasında müqavilə imzalandı

  Boru Kəmərləri ilə Neft Daşıma Anonim Şirkəti – BOTAŞ-la Qətərin “Gatargas” şirkətilə 3 illik mayeləşdirilmiş qaz (LNG) ticarəti müqaviləsi imzalandı.

  “Gatargas” tərəfindən verilən yazılı açıqlamaya görə, şirkət müqavilə çərçivəsində Türkiyəyə 3 il ərzində ildə 1,5 milyon ton LNG göndərəcək.

  “Qatargas”ın rəhbəri Xalid Xəlifə Sani müqavilədən məmnunluq duyduqlarını bu sözlərlə ifadə edib: "BOTAŞ LNG sənayesində ixtisaslaşmış dəyərli müştəridir. Şirkətlə olan münasibətimiz spot yük tədarükündən orta müddətli müqavilələrə qədər irəlilədi və uzun illər BOTAŞ-a etibarlı, təmiz enerji təmin etməyi dörd gözlə gözləyirik".

  Müqavilə çərçivəsində Türkiyəyə göndəriləcək LNG Egey, Mərmərə və Etki LNG terminallarına çatdırılacaq.



Әlaqәli Xәbәrlәr