Türkiyədən Rusiyaya pomidor satışı maneələri aradan qalxır
Antalyada 15 sentyabrda başlayan Rusiya-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 1-ci Sessiyası ayın 16-da yekunlaşdı.
807919
İclasda iki ölkənin tələb və istəklərinin bir araya gətirildiyi anlaşma imzalanıb.
Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq nazirinin müavini Mehmet Daniş deyib: "Gözlədiyimiz Rusiyaya pomidor ixracı məsələsi çox qısa müddətdə - qarşıdakı bir neçə ay ərzində həllini tapacaq."
Rusiya Federasiyası Kənd Təsərrüfatı naziri müavini Yevqeni Qramiko da: "Pomidor ixracıyla bağlı konkret tarix demək çətindir. Amma çox güman ki, aylar sürmədən qərar qəbul olunacaq", - deyib.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.