Albalı kiloqramı 3,3 lirə ilə  bu il rekord qırdı

Bu il iyulun 31-dək olan dövrdə albalı ixracı keçən ilin müvaqif dövrü ilə müqayisədə 83 faiz artıb.

783872
Albalı kiloqramı 3,3 lirə ilə  bu il rekord qırdı

Bu il albalı kiloqramı 3,3 lirə ilə  rekord qırdı.

Albalının bu qiyməti bağı olanları sevindirdi.

Türkiyədə albalı bağlarından ildə 200 min tona yaxın məhsul yığılır. Bununla da dünyada ilk yerlərdən birini tutur. Ölkədə  albalının bu yüksək qiyməti ixraca da əks etdi.

Uludağ İxracatçı Birliklərindən əldə edilən məlumata əsasən, bu il iyulun 31-dək olan dövrdə albalı ixracı keçən ilin müvaqif dövrü ilə müqayisədə 83 faiz artıb. Albalı ixracında bununla da 86 min 675 dollar gəlir əldə edilib.


Etiketlәr: #albalı , #ixrac , #rekord

Әlaqәli Xәbәrlәr