Türkiyə iqtisadiyyatı 5 faiz artdı

İstehsalın ölkəiçi nəticəsi 14,3 faizdən yüksək olub - 641 milyard 584 milyon lira təyin edilib.

750683
Türkiyə iqtisadiyyatı 5 faiz artdı

  Türkiyə Statistika Təşkilatı (TÜİK) 2017-ci ilin ilk rübündə (yanvar-mart) ümumdaxili məhsulla (GSYH) bağlı məlumat verib. Məlumata görə, ümumdaxili məhsulun silsilə həcm indeksi bu ilin ilk rübündə keçən ilin eyni dövrülə müqayisədə 5 faiz artıb.

  İstehsalın ölkə içi nəticəsi 14,3 faizdən yüksək olub - 641 milyard 584 milyon lira təyin edilib.

  Kənd təsərrüfatı sektorunun ümumi gəliri bu ilin yanvar-mart aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 3,2, sənaye sektoru 5,3, inşaat sektoru isə 3,7 faiz artıb. Ticarət, nəqliyyat, yaşayış və yemək sahələrindən ibarət olan xidmətlər sektorunun əlavə dəyəri isə 5,2 faizə yüksəlib.



Әlaqәli Xәbәrlәr