Türkiyənin ən böyük sənaye qurumları bəlli oldu

Türkiyənin ən böyük sənaye qurumu Türkiyə Neftayırma Anonim Şirkəti -TÜRPAŞ oldu.

745809
Türkiyənin ən böyük sənaye qurumları bəlli oldu

İstanbul Sənaye Palatası (İSO) tərəfindən "Türkiyənin 500 Böyük Sənaye Qurumu" araşdırma aparıldı.

Araşdırmanın nəticələrinə görə, istehsal etdikləri məhsulun satışlarından 32 milyard 594 milyon lirə qazanan TÜRPAŞ siyahının birincisidir. 

Avtomobil istehsal edən "Ford" 16 milyard 314 milyon lirə ilə ikinci, başqa avtomobil istehsalçısı "Tofaş" isə 12 milyard 856 milyon  lirə ilə üçüncü yerdədir.

Siyahıda "Tofaş"ı təqib edən qurumlar bunlardır: avtomobil şirkətli  "Oyak-Renault", "Arçelik", avtomobil şirkətli "Toyota", Elektrik İstehsalı Anonim Şirkəti (EÜAŞ), avtomobil şirkəti Hyundai Assan, dəmir-polad sektorundan "İçdaş Çelik", "İskenderun Dəmir və Çelik".

 

 

 

 



Әlaqәli Xәbәrlәr