Tullantı mobil telefondan kilolarla qızıl qazanılır

Türkiyənin Ekologiya və Şəhərsalma Nazirliyi tərkibində qızıl və gümüş kimi qiymətli metallar olan və istifadə müddəti sona çatan min ton tullantı mobil telefondan bir kiloqram qızıl əldə edildiyini bildirib.

745948
Tullantı mobil telefondan kilolarla qızıl qazanılır

   Nazirliyin Ətraf Mühit şöbəsinin məlumatına görə, soyuduculardan cib telefonları, kiçik ev alətlərindən oyuncaq və tibbi cihazlara qədər bütün elektrik və elektron əşyaların çevrilməsilə bağlı işləri gedir. Nazirlik tərəfindən 2012-ci ildən bu yana 145 min ton elektrik və elektron tullantıları iqtisadiyyata qatqı qazandırıb. Bu çərçivədə texnoloji həyatın bir parçası olan və daim yeni modellərlə zənginləşən mobil telefonlar da geri çevrilə bilən tullantı materialları arasında yer alır. Bu baxımdan tərkibində qızıl və gümüş kimi qiymətli metallar olan, istifadə müddəti başa çatan mobil telefonlar da toplanaraq artıq iqtisadiyyata "qızıl" qazanc yaradır. Hər min ton tullantı mobil telefondan bir kiloqram qızıl qazanılır.



Әlaqәli Xәbәrlәr