Türkmənistanda Beynəlxalq Enerji Forumu

Enerji ehtiyatlarının dünya bazarlarına təhlükəsiz olaraq çatdırılmasıyla bağlı mövzular Türkmənistanın paytaxtı Aşqabadda təşkil edilən Beynəlxalq Enerji Forumunda müzakirə edildi.

744566
Türkmənistanda Beynəlxalq Enerji Forumu

  "Enerji resursların tranzitinə dair çoxtərəfli çərçivə razılaşmasına doğru" başlığı ilə reallaşan forum Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Maksat Babayev və Enerji Xartiyası Baş katibi Urban Rusnakın çıxışları ilə başladı.

  Konfransda Enerji Xartiyası razılaşmasına tərəf ölkələrdən rəsmilər, beynəlxalq təşkilatların nümayəndələri və enerji sahəsində çalışan mütəxəssislər iştirak edib. İstehsalçı, tranzit və enerji istehlakçıları olan ölkələr arasındakı qarşılıqlı əlaqə və koordinasiya ehtiyacının əhəmiyyətinə diqqət çəkən natiqlər Türkmənistanın ev sahibliyilə reallaşan forumun əməkdaşlıq səylərinə qatqı təmin edəcəklərini vurğulayıblar.

  Avropa Komissiyası Enerji Birliyinin sədr müavini Maros Sefcoviç isə foruma video-konfrans yolu il qatılıb. M.Sefkoviç bu ilin fevralında Avropa İttifaqı, Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə Bakıda keçirilən yığıncağın Xəzər qazının Avropaya daşınmasıyla bağlı əhəmiyyətindən danışıb.

  Forumda Türkiyə Enerji və Təbii Qaynaqlar Nazirliyinin nümayəndəsi, Transit Boru Xəttləri İdarəsinin sədri Reha Aykul Muratoğlu da çıxış edərək enerji istehsal edən ölkələrlə Avropa qitəsi arasında Türkiyənin etibarlı iqtisadi tranzit mərkəzi olduğunu, bu mövzuda lazımi infrastruktura malik olduğunu vurğulayıb.

  Xatırladaq ki, Enerji Nizamnaməsinə görə, 2017-ci ildə dövri sədrlik Türkmənistandadır. Bu çərçivədə Enerji Xartiyası Konfransı 28-29 noyabr tarixlərində Aşqabadda toplanacaq.



Әlaqәli Xәbәrlәr