Samsun ilə Krasnodar şəhərləri arasındakı birbaşa təyyarə səfərləri bərpa edildi

Türkiyə ilə Rusiya arasında baş verənlərə görə 1,5 il əvvəl ləğv olunan Samsun ilə Krasnodar şəhərləri arasındakı birbaşa təyyarə səfərləri bərpa edildi.

732376
Samsun ilə Krasnodar şəhərləri arasındakı birbaşa təyyarə səfərləri bərpa edildi

Türkiyə ilə Rusiya arasında baş verənlərə görə 1,5 il əvvəl ləğv olunan Samsun ilə Krasnodar şəhərləri arasındakı birbaşa təyyarə səfərləri bərpa edildi.

“RusLine” firmasına məxsus Bombardier CRJ-200 tip 54 nəfərlik təyyarə mayın 13-də Krasnodardan qalxaraq 40 dəqiqədə Türkiyənin Qara dəniz bölgəsində yerləşən Çarşamba qəsəbəsindəki hava limanına enib.

Təyyarə mərasimlə qarşılanıb, təyyarədəki iş adamları və jurnalistlərə çiçəklər təqdim edilib.

Çarşamba qəsəbəsinin Bələdiyyə sədrinin vəkili Turan Çakır hava limanında təşkil edilən mərasimdə Türkiyə ilə Rusiyanın artıq bir-birinə daha da yaxınlaşdığını deyib. O bildirib ki, Krasnodar ilə Sumsun arasında bununla da körpü quruldu. Samsun Qara dəniz bölgəsinin ən gözəl şəhərlərindən  biridir. 40 dəqiqəlik uçuşla hər iki ölkənin insanları artıq bir-birləri ilə daha yaxından tanış olacaqlar.

Reyslərin əvvəl həftədə bir gün olacağını vurğulayan Çakır deyib ki, şənbə günləri gediş-gəliş olaraq reallaşan reyslər gələcək aylarda tələbə görə artırıla bilər.

“RusLine” firmasının səlahiyyətli şəxsi Alexey Donchenko da iki ölkə arasındakı məsafənin artıq 40 dəqiqə olduğuna diqqət çəkərək, tələbin artacağı halda bunun reys sayına da təsir edəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr