“Qazprom” şirkəti  “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başladı

Rusiyanın “Qazprom” şirkəti  “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başlayıb.

727423
“Qazprom” şirkəti  “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başladı

Rusiyanın “Qazprom” şirkəti  “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başlayıb.

 Şirkətin yaydığı açıqlamada bildirilib ki, layihənin Qara dəniz hissəsi plan üzrə həyata keçirilir. 2019-cu ilin sonunda türkiyəli və avropalı istehlakçılar Rusiya qazının idxalı üçün etibarlı marşrut əldə edəcəklər.

Tikniti işlərinin "AllSeas" şirkətinə məxsus Audacia adlı gəmilə görüldüyü ifadə edilən açıqlamada Qara dənizin daha dərin hissələrində isə boru kəmərlərinin çəkilməsi  işinin Pioneering Sipirt adlı gəmilə davam etdiriləcəyi bildirilib. 

Layihə Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. Layihənin ümumi dəyəri isə 11,4 mlrd. avrodur.



Әlaqәli Xәbәrlәr