FED-in Richmond Şöbəsinin sədri istefa verdi
ABŞ Mərkəzi Bankı- FED-in Richmond Şöbəsinin sədri Jeffrey Lacker bankın gizli məlumatlarını ötürməsi səbəbində istefa verdi.
ABŞ Mərkəzi Bankı- FED-in Richmond Şöbəsinin sədri Jeffrey Lacker bankın gizli məlumatlarını ötürməsi səbəbində istefa verdi.
Lacker yazılı açıqlama verərək, 2012-ci ilin oktyabrında "Medley Global Advisor"ın analitiki ilə keçirdiyi görüşdə Federal Açıq Bazar Komitəsinin məxfilik barədə siyasətini pozduğunu etiraf etdi.
2012-ci ildə şirkətin analitiki ilə telefon danışığı apardığını bildirən Lacker analitikin ertəsi gün hazırladığı hesabatda telefon görüşündə öyrəndiyi məxfi məlumata yer verdiyini qeyd etdi.
FED-in gizli məlumatlarını ötürdüyü üçün peşman olduğunu qeyd edən Lacker vəzifəsindən istefa verdiyini bildirdi.
FED-in Richmond şöbəsi istintaqın nəticələrinə uyğun tədbirlərin görüldüyü və yeni sədrin müəyyənləşdirilməsi üçün araşdırmalar aparıldığı barədə məlumat verdi.