Yeni 50 avroluq Avropada dövriyyəyə buraxıldı

Avropa seriyasından dördüncü banknot olan yeni 50 avro pul vahidi 4 aprel tarixindən Avropa İttifaqında dövriyyəyə buraxılıb.

705715
Yeni 50 avroluq Avropada dövriyyəyə buraxıldı

   Avropa Mərkəzi Bankından verilən məlumata görə, yeni 50 avroluqda 20 avroluqda olduğu kimi, portret pəncərəsi texnologiyasından istifadə olunub. Banknotu işığa tutduqda holoqramın üst hissəsindəki pəncərə şəffaflaşır və yunan mifologiyasının qadın qəhrəmanı Avropanın (Europe) şəkli hər iki tərəfdən görünür.

  Məlumata görə, bazarda ən çox 50 avroluq istifadə edilir. Amma hələlik köhnə 50-liklər istifadə olunacaq, sonra yavaş-yavaş yenilər dövriyyədə yerini tutacaq.

  AMB sədri Mario Draqi bildirib ki, “İndiki rəqəmsal dövrdə nağd pul iqtisadiyyatda böyük əhəmiyyət daşıyır”.

  Qeyd edək ki, banknotları yeniləmə əməliyyatı saxtakarlıqla mübarizə çərçivəsində 2002-ci ildən gündəmə gəlmişdi. Əvvəl 5, 10 və 20 avro pul vahidləri yenilənmiş, 2019-cu ilin əvvəlindən isə yeni 100 və 200 avroluq banknotlar dövriyyəyə girmişdi.  



Әlaqәli Xәbәrlәr