“Technol” şirkətinin mühərrik yağları Azərbaycanı Türkiyədə təmsil edəcək

İstehsal etdiyi bütün məhsullarda “Made in Azerbaijan” devizini qürurla vurğulayan “Technol” şirkətinin mühərrik yağları Azərbaycanı Türkiyədə təmsil edəcək.

692921

 “Report”un məlumatına görə, şirkət 6-9 aprel 2017-ci il tarixlərində İstanbulda keçiriləcək avtomexanika sərgisində Azərbaycan üzrə yeganə təmsilçi olaraq iştirak edəcək.

Sərgiyə dünyanın müxtəlif ölkələrindən olan avtomobil və mühərrik istehsalçıları, mühərrik yağları istehsalçıları qoşulacaq. Qafqazın və Azərbaycanın ilk müasir mühərrik yağları istehsalçısı olan “Technol” yaxın zamanlarda Azərbaycan markası olaraq Türkiyəyə ixraca başlayacaq.

Әlaqәli Xәbәrlәr