Rumıniya, Türkiyə ilə ticarət həcmini artıraır

Rumıniya baş naziri Sorin Grindeanu, Türkiyənin Buxarest səfiri Koray Ertaş və Dünya Türk İş Şurası (DTİK) Balkanlar Region Komitəsi sədri Ömər Süslinün başçılığındakı Türk işadamlarıyla bir araya gəlib.

690995
Rumıniya, Türkiyə ilə ticarət həcmini artıraır

Baş nazirliyin internet saytında əks edən açıqlamada, Rumıniya və Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafının məmnuniyyətlə qarşılandığı bildirilib. İki ölkə arasındakı ticarət həcmini artırmaq üçün investisiyaların dəstəklənməsi barəsində hökumətin lazımlı addımları atacağı qeyd edilib.

Yığıncağın, iki ölkə arasındakı iqtisadi əlaqələrə töhvə verəcəyi ifadə edilən açıqlamada, son 7 ildə Rumıniya və Türkiyə arasındakı ticarət həcminin 2,9 milyard avrodan 4,3 milyard avroya çatdığı, və bu rəqəmin qarşıdakı illərdə daha da artacağı vurğulanıb.

Məlumata görə, Baş nazir Grindeanu, enerji və müdafiənin, ikitərəfli ticari əlaqələrin inkişaf etdirilməsi baxımından potensial sahələr olduğunu, və digər sektorlarda həyata keçiriləcək layihələrə dəstək verəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr