Bu insanların səyahət səbəbləri nədir?

24 milyon 14 min nəfər üç aylıq dövrdə səyahət edib.

666247
Bu insanların səyahət səbəbləri nədir?

Ölkə daxilində edilən səyahət sayı 2016-cı ilin oktyabr-noyabr-dekabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artaraq 32 milyon 987 min olaraq reallaşıb.

Türkiyə Statistika İdarəsinin 2016-cı ilin üçüncü rübünə dair “Ev əhalisi ölkədaxili turizm araşdırması”nın nəticələrinə əsasən, ölkə daxilində yaşayan 24 milyon 14 min nəfər üç aylıq dövrdə səyahət edib.

Yerli turistlərin ölkə daxilindəki səyahət xərcləri ilin üçüncü rübündə keçmiş ilin müvaqif dövrü ilə müqayisədə 23,6 faiz artaraq 360 milyon 556 min lirə olub.

Səyahət səbəbləri arasında yaxınları ziyarət etmək məqsədi ilə edilən səyahətlər 62,1 faiz ilə ilk yeri tutur. Bunu “gəzmək, əyləncə, tətil” və “səhiyyə” məqsədli səyahətlər izləyib.



Әlaqәli Xәbәrlәr