Avtomobil ixracatında rekord artım qeydə alınıb

Türkiyənin avtomobil sektorunun Yanvar ayı ixracat həcmində 36,8% artım qeydə alınıb.

664689
Avtomobil ixracatında rekord artım qeydə alınıb

Türkiyə ixracatçılar Məclisi (TİM) və Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin (OİB)  hesabatına görə yanvar 2016-da 1 milyard 512 milyon 312 min dollar olan avtomobil ixracatı, Yanvar 2017-də 2 milyard 69 milyon 424 min dollara çatıb. Avtomobil sektörü, Türkiyənin ümumi ixracatdakı payını 19,7%- çıxarıb. Avtomobil sektorunu isə 11,9% pay ilə "hazır geyim”, 11,7% ilə "kimyəvi maddələr və məmulatları", 8,1% ilə "polad" sektoru izləyib.

Avtomobil sektoru, Yanvar ayında 153 ölkə və muxtar bölgə ilə 12 sərbəst bölgəyə ixracat reallaşdırıb.



Әlaqәli Xәbәrlәr