Külçə qızıl ixracatında rekord qırılıb

Türkiyə keçən il 205,8 ton külçə qızıl ixrac edib.

663889
Külçə qızıl ixracatında rekord qırılıb

Türkiyə Dövlət Statistika Komitəsinin məlumatlarına görə, keçən il ən çox külçə qızıl ixracatı İngiltərəyə reallaşdırılıb. Bu ölkəyə edilən 76,2 ton qızıl ixracatından 3,1 milyard dollarlıq gəlir əldə edilib.

İngiltərəni 48,7 ton ixracat həcmi ilə İsveçrə, 40,9 ton ilə də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) izləyib. Türkiyənin İrana külçə qızıl ixracatı isə 31,9 ton olub. Beləcə Türkiyənin son 5 ildə 800,3 ton külçə qızıl ixrac edərək bundan 35 milyard 520 milyon 711 min dollarlıq gəlir əldə edilib. Türkiyə 2015-ci il etibarilə 27 ton qızıl istehsal edilib.



Әlaqәli Xәbәrlәr