Rusiya neft ixracın hǝcmini 4,9% artırdı

Rusiya Federal Statistika mǝrkǝzi (Rosstat)-ın mǝlumatına görǝ Rusiya neft ixracının hǝcmi 4,9% artaraq 233,2 milyon tona çatıb.

662218
Rusiya neft ixracın hǝcmini 4,9% artırdı

Rusiya Federal Statistika mǝrkǝzi (Rosstat)-ın mǝlumatına görǝ Rusiya neft ixracının hǝcmi keçən il yanvar-noyabr dövründə bir əvvəlki ilin müvafiq dövrünǝ müqayisǝdǝ 4,9% artaraq 233,2 milyon tona çatıb.

Eyni dövrdə Rusiyanın ümumi ixracatının 26,1%-ni neft, 44,8 faizini isǝ bütün enerji mǝhsulları tǝşkil edib.

Keçən ilin noyabr ayı etibarilə, ixrac edilǝn neftin bir tonuna görǝ qiymǝti 326,4 dollar tǝşkil edǝrkǝn, qlobal bazarlarda Ural neftinin qiyməti 320,3 dollar olub.

Rusiya, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) razılaşmasına görǝ cari ilin ilk rübündə neft hasilatını 300 min barel azaltmalıdır.



Әlaqәli Xәbәrlәr