Ruslar Türkiyədə rublla ödəniş edə biləcəklər

Bunu  "World Tourism Forum" Rusiya Sammitində iştirak edən "Denizbank"ın baş direktoru Hakan Atəş bildirdi.

661805
Ruslar Türkiyədə rublla ödəniş edə biləcəklər

 Rusiya və Türkiyənin ikitərəfli ticarətdə yerli valyutalarla mübadilənin payını artırma siyasətini davam etdirdikləti bir zamanda "Sberbank" nəzdində fəaliyyət göstərən" Denizbank"ın baş direktoru Hakan Atəş iki ölkədə də əks-səda doğuran bir açıqlama verdi.
 
 Rusiyanın ilk dəfə ev sahibliyi etdiyi və 28 yanvarda Moskvada keçirilən  "World Tourism Forum" Rusiya Sammiti 2017-də çıxış edən Hakan Atəş rusiyalı turistlərin Türkiyədə rublla ödəniş etməsinə imkan verən sistemi tətbiq edəcəklərini açıqladı.
 
 10 ölkədən 25 məruzəçinin və 350 iştirakçının iştirak etdiyi sammitdə bu mühüm layihə haqqında məlumat verən Atəş ilk fazada turizm və kənd təsərrüfatı sahəsində tətbiq olunacaq bu sistem  ilə rusların Türkiyədəki ATM-lərdə bütün ödəniş və bank əməliyyatlarında rublla əməliyyat apara biləcəklərini qeyd etdi.
 
Atəş  hazırda bu sistem çərçivəsində  Rusiyada  rubl ilə Türkiyə turlarının satışına başlanıldığını da vurğulayaraq: "Rusiyalı  turistlərə müxtəlif turizm xidmətləri təqdim edirik. Bəzi turizm şirkətləri və otellər rublla xidmət göstərməyə hazırdırlar Rus turistlər Türkiyədə özlərini evlərində hiss edəcəklər, ana dilində danışaraq  yerli valyuta ilə alış-veriş edə biləcəklər" dedi.
 
 ATM-lərin bütün istirahət  və turizm zonalarında rus dilində də xidmət göstərdiyini qeyd edən Hakan Atəş: "Sberbank" dünyanın ən böyük banklarından biri və Rusiyanın ən böyük bankı olduğu üçün təşəkkür bankçılığı (Spasibo Banking) çərçivəsində bütün kartlarla bizdə komissiyasız əməliyyat aparıla bilinir, ATM-lərdə rubl yatırmaq və rubl çəkmək olur" deyə danışdı.



Әlaqәli Xәbәrlәr