Almaniya Türkiyәyә 120 milyon avro sәrmayә yatıracaq
Almaniyanın energetika şirkəti EWE AG Türkiyəyә qarşıdakı 3 il ərzində 120 milyon avro sərmayə qoyacaq.
615812
Şirkәtdәn verilәn mәlumata görә, investisiyanın informasiya texnologiyaları vә energetika sahәlәrindә hәyata keçirilәcәyi qeyd olundu.
EWE AG şirkәtinin idarә heyәtinin sәdri Matthias Brückmann şirkәtin informasiya texnologiyaları vә energetika sәmәrәliliyi sahәlәrindә fәaliyyәtlәri ilә Türkiyәdә daha çox böyümәni hәdәflәdiyini bildirdi.
M. Brückmann 120 milyon avro sәrmayәnin Türkiyә iqtisadiyyatına olan inamın bir dәlili olduğunu ifadә etdi.