Aleksandr Novak Avropa və Türkiyəyə ötürülən qazla bağlı risklərdən danışdı

Rusiyanın Energetika naziri Aleksandr Novak qış mövsümündə Ukrayna vasitəsilə Avropa və Türkiyəyə ötürülən təbii qazla bağlı xəbərdarlıq etdi.

608374
Aleksandr Novak Avropa və Türkiyəyə ötürülən qazla bağlı risklərdən danışdı

 
 Rusiyanın paytaxtı Moskvada jurnalistlərə açıqlama verən Rusiyanın Energetika naziri Aleksandr Novak  Ukraynanın qış ərəfəsində kifayət qədər qaz ehtiyatı tutmadığını bildirərək: "Hazırda havanın temperaturu mövsüm normalarından aşağıdır.  Bu səbəblə nəql olunan təbii qazla əlaqədar bəzi risklər mövcuddur" dedi.
 
 Novak  daha əvvəl verdiyi açıqlamada da Ukraynanın qış mövsümündə qaz problemi ilə üzləşməməsi üçün anbarlara 2 milyard kubmetr təbii qaz vurmağın vacibliyini qeyd emişdi.
 
 Avropa qaz ehtiyacının təxminən 15%-ni, Türkiyə isə istehlak etdiyi qazın təqribən 30%-ni Ukraynadan keçən  boru xətləri ilə idxal edir.



Әlaqәli Xәbәrlәr