beynǝlxalq birjalarda  vǝziyyǝt

Amerika Birləşmiş Dövlətlərindǝ keçirilǝn prezident siçki nǝticǝlǝrinin beynəlxalq birjalara  güçlü  tǝsiri  olub.

606751
beynǝlxalq birjalarda  vǝziyyǝt

Respublikaçı namizəd Donald Trumpun seçkilǝrdǝ öndǝ olması Meksika pul vahidinin dǝyǝr  itirmǝsinǝ   sǝbǝb  olub. Birja və neft qiymətlərində dǝ sərt enişlǝr yaşanır.

Respublikaçı namizədi Trump seçkidǝ qǝlǝbǝ qazanması halında Meksika sərhədinə hasar çǝkǝcǝyini, qeyri-qanuni immiqrant olan Meksikalıların deportasiya edilǝcǝyini  açıqlamışdı. Buna görǝ Amerikadakı seçkini yaxından izlǝyǝn ölkǝlǝrdǝn biri dǝ Meksikadır

Beynəlxalq birjalarda da tǝsir edǝn seçki nǝticǝlǝrinǝ görǝ Tokio birjasında 4%, Honq -Konq birjasında 3% itki qeydǝ alınıb. Avropa bazarlarının da günə enişlə başlaması gözlənilir.

Neftin barreli isǝ 4% qiymǝt itirib. Amerika dolları da avro və yen qarşısında dəyər itirir.



Әlaqәli Xәbәrlәr