Neft qiymətləri

Brent neftinin bir barrelinin qiyməti 46 ABŞ dollarından baha oldu.

605301
Neft qiymətləri


 Cümə günü Amerika Birləşmiş Ştatlarında qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisinin gözləntilərin altında olmasından sonra 45,06 dollara qədər geriləyən Brent neftinin bir barrelinin qiyməti, günü 1,7 % azalma ilə 45,54 dollarla bitirdi, bu gün isə 46,34 dollara qədər bahalaşa bildi.
 
 ABŞ xam neftinin (Qərbi Texas növü xam nefti) bir barreli isə 44,65 dollardan satılır.
 
 Analitiklərə görə, ABŞ-da sabah keçiriləcək prezident seçkiləri nəticəsində dolların bazar qiyməti neft qiymətlərinin istiqamətini müəyyənləşdirəcək.



Әlaqәli Xәbәrlәr