“Ən yaxşı cavab struktur islahatları sürətləndirməkdir”

Türkiyənin Baş nazir müavini Mehmet Şimşək: “Moodyi’s” kimi reytinq agentliklərinə Türkiyənin verəcəyi ən yaxşı cavab struktur islahatları sürətləndirməkdir”, - deyib.

576263
“Ən yaxşı cavab struktur islahatları sürətləndirməkdir”

  Mehmet Şimşək “Twitter” sosial şəbəkəsindən paylaşdığı şərhdə “Moody 's”un Türkiyənin kredit dərəcəsinin "Baa3"dən "Ba1"ə enməsi və ümumi görüntüsünün "sabit" dəyərləndirməsinə münasibət bildirərək yazıb: “Maliyyə intizamını qorumanın əhəmiyyəti böyükdür. Dayanmaq yox, islahatlara davam. Türkiyənin təməlləri möhkəm və şoklara qarşı müqavimətlidir. Bir çox daxili və xarici təsirlərə baxmayaraq Türkiyə iqtisadiyyatı qlobal böhrandan sonra 5,2 faiz inkişaf edib. Bu il Ar-Ge, əmək bazarı, investisiya mühiti yaxşılaşıb, fərdi qənaət artımı olub, Avropa İttifaqı ilə sərbəst viza məsələləri həll olunub, zərbələrin qarşısını almaq üçün ordu üzərində demokratik nəzarət artırılıb və digər mövzularda da islahat çalışmaları aparılıb”.



Әlaqәli Xәbәrlәr