Baş nazirin müavini Mehmet Şimşək telekonfrans vasitəsilə keçirilən yığıncağa ev sahibliyi edib

Mehmet Şimşək iqtisadiyyatla bağlı islahatların qətiyyətli şəkildə davam edəcəyini bildirib.

535199
Baş nazirin müavini Mehmet Şimşək telekonfrans vasitəsilə keçirilən yığıncağa ev sahibliyi edib

Mehmet Şimşək iqtisadiyyatla bağlı islahatların qətiyyətli şəkildə davam edəcəyini bildirib.

Şimşək Türkiyədə baş verən son proses və bunun iqtisadiyyata olan təsirlərini dəyərləndirmək məqsədi ilə  dünən axşam “BGC Partners, Credit Suisse, Goldman Sachs, HSBS və JP Morgen” tərəfindən birgə təşkil edilən  beynəlxalq sərmayədar telekonfransına ev sahibliyi edib.

İki saat davam edən telekonfransda minə yaxın sərmayedar iştirak edib.

Mehmet Şimşək sərmayədarlara fövqəladə vəziyyətinin səbəbi, məqsədi və müddəti haqqında məlumat verərək, Türkiyənin çox ciddi bir çevrilişə cəhdlə qarşı-qarşıya qaldığını, bunun qarşısının ümumi olaraq xalqın müqaviməti nəticəsində alındığını xatırladıb.

Fövqəladə vəziyyət qərarı ilə məqsədlərinin heç bir şəkildə insanların azadlığını məhdud etmək olmadığını, əksinə olaraq bu şəkildə qəhrəmanlıq edən Türk insanının haqq etdiyi mühiti yaratmaq olduğunu vurğulayan Şimşək bildirib ki, 3 ay müddətində davam edəcək fövqəladə vəziyyətin yeganə məqsədi dövlət qurumlarını çevrilişə cəhd edən qrupun tərəfdarlarından və paraləl dövlət idarəetmə ünsürlərindən təmizləməkdir. Bunun gündəlik həyat və iş dünyasına heç bir mənfi təsiri olmayacaqdır. Hökumətimizin bazar iqtisadiyyatına olan bağlılığı davam edir.

Bazar iqtisadiyyatının öz axarında fəaliyyətlərini davam etdirdiyinə diqqət çəkən Şimşək onu da vurğulayıb ki, maliyyə əsaslarının öz yerində olması üstünlük verdiyimiz mövzulardan biridir və bu belə olmaqda davam edəcək. Qənaətlərin artırılması üçün vacib olan və iqtisadiyyat sahəsindəki islahatların həyata keçirilməsi işləri  də eləcə.



Әlaqәli Xәbәrlәr