Türkiyə iqtisadiyyatı güclü olan bir ölkədir

Ölkənin bu güclü sistemi Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyundakı çevrilişə cəhdinin mənfi təsirlərinə qarşı öz gücünü qoruyub saxladı.

534385
Türkiyə iqtisadiyyatı güclü olan bir ölkədir

Türkiyə iqtisadiyyatını və banklarla əlaqəli sistemini islahatlarla gücləndirən bir ölkədir. Ölkənin bu güclü sistemi Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyundakı çevrilişə cəhdinin mənfi təsirlərinə qarşı öz gücünü qoruyub saxladı.

Mərkəzi qərargahı Londonda yerləşən beynəlxalq maliyyə quruluşları da Türkiyənin iqtisadiyyatındakı güclü makroiqtisadi göstəricilərə diqqət çəkirlər.

Həmin quruluşlardan olan Nomurada vəzifəli Timothy Aş Anadolu xəbər agentliyi müxbirinin suallarına cavab verərək, çevrilişə cəhdin uğursuz olmasından sonra qərbli maliyyə quruluşların davamlı olaraq risklərə diqqət çəkməsinin mənasız olduğunu söyləyib.

Aş 1999-cu ildən bəridir izlədiyi Türkiyə iqtisadiyyatının makro təməllərinin xeyli güclü olduğunu vurğulayıb.

London Kapital Qrupda vəzifəli strateq İpək Özkardeşkaya isə deyib ki, əgər çevrilişə cəhd uğurlu olsaydı birja ilə yanaşı dövlət istiqraz bazarı və Türk lirəsi ciddi satış təzyiqinə məruz qala, ödəniləcək pul və digər bir sarı sahələrdə  maliyyə böhranı ssenariləri ortaya çıxa bilərdi. Türkiyə ciddi bir fəlakətin astanasından döndü.



Әlaqәli Xәbәrlәr