“Növbəti ildə Böyük Britaniyada istehsal azalacaq” Aİ

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarından sonra nəticələri görülməyə başlayıb.

527846
“Növbəti ildə Böyük Britaniyada istehsal azalacaq” Aİ

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarından sonra nəticələri görülməyə başlayıb. Avropa İttifaqı rəsmiləri ölkənin istehsal bazarında növbəti ildə 1 və ya 2 faiz azalma müşahidə olunacağını bildiriblər. Ümumidaxili məhsulun isə mində 2 və ya 5 faiz arasında azalacağı proqnozlaşdırılır.

Digər tərəfdən Tereza Meyin baş nazir postu uğrunda mübarizədə tək qalması iqtisadiyyata müsbət təsir göstərdiyi vurğulanır.

Böyük Britaniyanın səhmlər indeksi isə 11 ayın ən yüksək həddinə çatıb. Qurumla əlaqələrin tezliklə və yenidən bərpası məqsədi ilə Brüsselin London üzərində təzyiqi getdikcə artır.

Avropa Komissiyasının İqtisadi məsələlərə dair sözçüsü Pyer Moskoviçi Böyük Britaniyanın Avropa İttifaqından ayırılması prosesinin uzanmasının ölkə iqtisadiyyatına ziyan verəcəyini deyib.



Әlaqәli Xәbәrlәr